Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADY: Sürücü diqqətsizliyi 2 qəzaya səbəb olub - Yenilənib

Zaqatalada “Qazel” qatarla toqquşub...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Balakən dəmir yol xəttinin Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “Qazel” markalı yük yaşınını Yevlax-Balakən dəmir yol xətti ilə hərəkətdə olan yük qatarı ilə toqquşub. Qəza zamanı “Qazel”in sürücüsü, rayonun Fındıqlı kənd sakini Etibar Zahid oğlu Abbasov yüngül xəsarət alıb.

E.Abbasova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Dəmir Yolları” QSC (ADY) nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə, sürət həddini aşağı salmağa, yol nişanlarını diqqətdə saxlamağa və qatarın gəlmədiyinə tam əmin olduqdan sonra hərəkəti davam etdirməyə çağırır.

ADY-dən verilən məlumata görə, bu gün sürücü diqqətsizliyi 2 qəzaya səbəb olub.

Məlumata görə, Zaqatala stansiyasında teplovoz dəmiryol keçidində hərəkət edərkən “Qazel” markalı yük avtomobili qəfil dəmir yoluna çıxaraq toqquşmaya səbəb olub.

“Digər hadisə isə Salyan rayonu ərazisində baş verib. "KİA" markalı avtomobil dəmiryol keçidinə yaxınlaşarkən yol nişanlarını nəzərə almadan sürətini azaltmayıb və hərəkətdə olan teplovozla toqquşub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hər 2 hadisə nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması və nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 manat məbləğində cərimə edilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar